Husilər Səudiyyə Ərəbistanına məxsus dronu vurduqlarını iddia ediblər
21:11 DünyaYəmənin husi silahlıları Səudiyyə Ərəbistanına məxsus "Wing Loong II" kəşfiyyat pilotsuz təyyarəsini vurduqlarını iddia edirlər.
Olaylar xəbər verir ki, hərəkatın sözçüsü Yəhya Saria "Telegram" kanalında yazıb: "Yəmən Silahlı Qüvvələri (Husilər - red) bu gün səhər saatlarında Əl-Bayda əyalətinin hava məkanında düşmənçilik missiyaları yerinə yetirən Səudiyyə Ərəbistanının "Wing Loong II" kəşfiyyat pilotsuz təyyarəsini vurub".
Saria həmçinin vurğulayıb ki, Husilər yüksək hazırlıq vəziyyətindədirlər və ölkənin hava məkanının pozulmasının qarşısını alacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31