FT: ABŞ təcrübəsiz diplomatları ucbatından İrandan geri qaldı – ÖZƏL

ABŞ-nin İrandan daha təcrübəsiz danışıqlar qrupuna malik olması nizamlanma memorandumuna dair müzakirələrdə Vaşinqtonu əlverişsiz vəziyyətə salıb. 

Olaylar.az xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə, Prezident Donald Trampın xarici siyasət sövdələşmələrini regional ekspertlər əvəzinə öz yaxın adamlarına etibar etməsi sənədin səmərəsizliyinə gətirib çıxarıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Vilyam Börns və sabiq səfir Yael Lempert də Vaşinqtonun professional diplomatları kənara itələyərək peşəkar İran nümayəndə heyəti qarşısında özünü zəif duruma saldığını təsdiqləyiblər.

Qeyd edək ki, fevralın 28-də başlayan ABŞ-İran müharibəsi çərçivəsində iyun ayında atəşkəsi nəzərdə tutan memorandum imzalansa da, iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazı ilə bağlı şərtləri pozmaqda ittiham edərək yenidən zərbələrə başlayıb. İran Xarici İşlər Nazirliyi isə sazişi heç vaxt pozmadığını və məsuliyyətin tamamilə Vaşinqtonun üzərinə düşdüyünü bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31