"Tramp marşrutu" (TRIPP) ətrafında müəmmalar: Ermənistanda suverenlik narahatlığı – ÖZƏL

Ermənistan rəsmiləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun "Tramp marşrutu" (TRIPP) ilə bağlı son bəyanatına rəsmi münasibət bildirməlidir. 

Olaylar.az xəbər verir ki, politoloq Ara Poqosyan qeyd edib ki, Ceyhun Bayramovun TRIPP layihəsi üzrə giriş-çıxış məntəqələrinin Azərbaycan ərazisində yerləşəcəyi və Bakının bu danışıqlar barədə mütəmadi məlumatlandırıldığı barədə açıqlaması guya Ermənistanın suverenliyinin məhdudlaşdırılması mənasına gəlir. Ekspertin fikrincə, əgər nəzarət məntəqələri yalnız Azərbaycan tərəfində olacaqsa, bu, Ermənistan ərazisindən keçən yolda faktiki nəzarətin itirilməsi deməkdir və İrəvanın iddia etdiyi mütləq suverenlik tezisi ilə ziddiyyət təşkil edir.

Baş nazir Nikol Paşinyanın 2025-ci ilin avqustunda imzalanmış sazişi daxili auditoriya üçün sülh təminatı kimi təqdim etməyə çalışdığını deyən politoloq, layihənin iqtisadi və logistik əsaslandırmasının hələ də xalqa açıqlanmadığını bildirib. Eyni zamanda, ABŞ mütəxəssislərinin Sünikdə (Zəngəzur) dəmir yolu xətti üçün ölçmələr aparması və Rusiya Dəmir Yollarının Ermənistandakı idarəçiliyinə son qoyulması ehtimalı Moskva ilə münasibətləri gərginləşdirir. 

Poqosyan əlavə edib ki, İrəvanın TRIPP layihəsinin Tehrana təhlükə yaratmadığı barədə təminatlarına baxmayaraq, İrandakı narahatlıqlar da aktual olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31