Maka Boçorişvili: "Aİ-nin Gürcüstan xalqının demokratik seçiminə məhəl qoymaması təəssüf doğurur" – ÖZƏL
10:27 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın vitse-prezidenti və xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallasın bəyanatını şərh edərkən qurumun mövqeyini kəskin tənqid edib. Boçorişvili bildirib ki, Aİ-nin ali diplomatının Gürcüstan xalqına dəstəkdən danışdığı halda, həmin xalqın demokratik iradəsi ilə seçilmiş hökumətlə əməkdaşlıqdan imtina etməsi olduqca təəssüf doğurur. Əsl tərəfdaşlığın məsafə saxlamağa deyil, dialoqa əsaslandığını vurğulayan nazir, Gürcüstanın ümumi avropa gələcəyi naminə qarşılıqlı hörmət çərçivəsində Aİ ilə əməkdaşlığa sadiq qaldığını qeyd edib.
O, həmçinin əlavə edib ki, demokratiya seçicilərin qərarına yalnız siyasi cəhətdən sərfəli olduqda deyil, hər zaman hörmət edilməsini tələb edir və Gürcüstan öz xalqının seçiminə məhəl qoyulmaması qarşısında səssiz qalmayacaq.