Avropa İttifaqı Gürcüstan hökuməti ilə əlaqələri dondurdu: "Məqsədimiz xalqı dəstəkləməkdir" – ÖZƏL
13:22 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən nazirlər toplantısı öncəsi bəyan edib ki, qurumun Gürcüstan hökuməti ilə demək olar ki, heç bir əlaqəsi yoxdur. Kallas Aİ-nin rəsmi Tbilisini dəstəkləmək niyyətində olmadığını, əsas məqsədlərinin Gürcüstan xalqının Avropaya olan ümidini itirməməsi üçün onlara dayaq durmaq olduğunu vurğulayıb. O, ötən il hazırlanan Qara dəniz strategiyasının hazırda icra mərhələsində olduğunu qeyd edərək, bu prosesdə bölgə ölkələrinin mühüm rol oynadığını, lakin mövcud siyasi vəziyyətə görə Gürcüstanla bağlı müəyyən çətinliklərin yarandığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31