Türkiyədə FETÖ-ya qarşı əməliyyat – 1000-ə yaxın saxlanılan var
11:47 DünyaTürkiyənin 81 vilayətində FETÖ/PDY terror təşkilatının ifşa olunması istiqamətində aparılan tədbirlər çərçivəsində hüquq mühafizə orqanları tərəfindən kütləvi saxlamalar həyata keçirilib.
Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek və daxili işlər naziri Mustafa Çiftçi sosial media hesablarında birgə bəyanat paylaşıb.
Bəyanata görə, əməliyyatların gedişində 968 şübhəli saxlanılaraq istintaqa cəlb edilib.
Bəyanatda həmçinin bildirilir ki, əməliyyat çərçivəsində ən çox şübhəlinin olduğu vilayətlər Ankara, İzmir və İstanbuldur. Digər vilayətlərdə də təşkilatın hazırkı strukturları, məxfi şəbəkəsi və onunla əlaqəli şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər yüksək səviyyədə davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31