Köçəryanın vəkili: Cinayət təqibinin dayandırılması üçün mütləq əsas var – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Aram Orbelyan iyulun 10-da keçirilən məhkəmə iclasında müvəkkilinə qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu bəyan edib. Vəkilin sözlərinə görə, 2008-ci il 1 mart hadisələri zamanı fövqəladə vəziyyətin elan edilməsi konstitusion proses olub və Köçəryan prezident statusundan irəli gələn toxunulmazlığa malikdir. İttiham tərəfinin ordunun prosesə cəlb olunması və keçmiş müdafiə naziri Seyran Ohanyanın bəyanatları ilə bağlı iddialarını rədd edən Orbelyan, meydanın polislər tərəfindən təmizlənməsi variantının sadəcə dövlət təhlükəsizliyi çərçivəsində müzakirə edildiyini və bunun cinayət tərkibi yaratmadığını vurğulayıb. 

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin müvafiq maddəni qeyri-konstitusion hesab etməsindən sonra dayandırılan cinayət təqibi Kassasiya Məhkəməsinin qərarı ilə yenidən bərpa edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31