İsrail Trampa hazırlanan sui-qəsd planının üstünü açdı
12:42 Dünyaİsrailin İranın ABŞ Prezidenti Donald Trampa qarşı hazırladığı iddia edilən sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatlarını Vaşinqtonla paylaşdığı bildirilir.
Milli.Az xəbər verir ki, məlumat İsrail tərəfindən ABŞ rəsmilərinə təqdim edilib.
Lakin bunun nə vaxt və hansı kanallar vasitəsilə çatdırıldığı açıqlanmayıb.
Qeyd olunur ki, İran rəsmiləri və müxtəlif dairələr son illərdə, xüsusilə də 2020-ci ildə general Qasım Süleymaninin öldürülməsindən sonra Trampı hədəf aldıqlarını dəfələrlə bəyan ediblər.
Xatırladaq ki, Donald Tramp son illərdə bir neçə təhlükə və sui-qəsd cəhdi ilə üzləşib. Onlardan ən çox diqqət çəkəni 2024-cü ildə baş verən silahlı hücum olub. Həmin hadisə zamanı açılan atəş nəticəsində Tramp yüngül xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31