ABŞ-nin İrana zərbələri: Ağ Evdə "Şillə" əməliyyatı – ÖZƏL
12:36 DünyaOlaylar.az xəbər verir ki, "New York Post" qəzetinin məlumatına görə, ABŞ-nin İrana qarşı bərpa etdiyi irimiqyaslı hava zərbələri Ağ Evin bəzi rəsmiləri arasında qeyri-rəsmi olaraq "Şillə" (Poshlyopina) əməliyyatı adlandırılıb. Mənbələr bu adın ABŞ Prezidenti Donald Trampın "ağrılı, lakin sürətli" hərbi əməliyyat istəyini əks etdirdiyini, rəsmi sənədlərdə isə missiyanın "Epik Qəzəb" adlandığını bildiriblər.
Fevralın 28-dən başlayan ABŞ-İsrail və İran müharibəsində iyun ayında əldə olunmuş atəşkəs razılaşmasına rəğmən, Vaşinqton Tehranı Hörmüz boğazındakı şərtləri pozmaqda ittiham edərək iyulun 8-nə keçən gecə zərbələri yenidən bərpa edib. Məlumata görə, rəsmi Vaşinqton İranın gəmilərə hücumlarına səssiz qalmayacağını, lakin münaqişənin tezliklə yekunlaşmasını hədəflədiyini vurğulayır.