Areqnaz Manukyanın həbsi siyasi qisas alətidir – Qohar Meloyan – ÖZƏL
11:03 DünyaOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" blokundan deputatlığa namizəd, hüquqşünas Qohar Meloyan "Ana Ermənistan" partiyasının üzvü Areqnaz Manukyanın iki aylıq həbsini hüquqi dövlətə növbəti zərbə və siyasi qisas aktı adlandırıb. Meloyan qeyd edib ki, casusluq və dövlətə xəyanət işi çərçivəsində təqsirləndirilən və bir müddət əvvəl evində axtarış aparılan Manukyan istintaqdan qaçmayıb və onun azyaşlı övladının olması məhkəmə tərəfindən nəzərə alınmayıb.
O, müxalif fikirlərə görə həbslərin ədalətdən uzaq olduğunu və hakimiyyətin tənqidlərə bu yolla cavab verdiyini vurğulayıb. Qeyd edək ki, Manukyan parlamentin qapalı iclasında Ermənistan Silahlı Qüvvələrinə dair məxfi məlumatları partiya rəhbəri Andranik Tevanyana ötürməkdə şübhəli bilinərək iyulun 9-da həbs edilib.