HRW: Gürcüstan hökuməti müstəqil vətəndaş cəmiyyətini məhv edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Human Rights Watch" (HRW) beynəlxalq insan haqları təşkilatı bəyan edib ki, Gürcüstan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini sıradan çıxarmaq üçün repressiv qanunlardan, maliyyə məhdudiyyətlərindən və siyasi motivli cinayət təqiblərindən istifadə edir. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib ki, hökumətin məqsədi tənqidi səsləri boğmaqdır və yeni qanunlar xarici maliyyələşməni tam nəzarətə götürərək fəalları ağır cərimələr və həbslə hədələyir. 

HRW rəsmi Tbilisini bu əsassız hüquqi tədbirləri ləğv etməyə çağırıb, həmçinin Gürcüstanın beynəlxalq tərəfdaşlarını müstəqil qruplara dəstəyi artırmağa və tətbiq edilən repressiyalara qarşı sanksiyalar da daxil olmaqla kəskin reaksiya verməyə səsləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31