"Gürcü Arzusu"nun siyasi qəbiristanlığında növbəti ölümcül rəy - Qriqol Geqeliya – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının üzvü Qriqol Geqeliya "Human Rights Watch"un son hesabatını kəskin tənqid edərək, bunu hakim "Gürcü Arzusu" partiyasının siyasi sonunu yaxınlaşdıran növbəti ağır zərbə adlandırıb. Siyasətçinin sözlərinə görə, bu rəy Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in bəyanatları ilə eyni sırada dayanaraq, rejimin ölkədə azadlıqları məhv etdiyini, Gürcüstanı tamamilə rəsyönümlü etməyə çalışdığını və onun Avro-Atlantik gələcəyinə son qoyduğunu növbəti dəfə sübut edir. 

Geqeliya vurğulayıb ki, hesabat hakimiyyəti qəbul edilmiş "drakon qanunları" ləğv etməyə və ölkənin nüfuzuna, iqtisadiyyatına, eləcə də sosial rifahına ciddi ziyan vuran bu zərərli siyasi kursdan dərhal imtina etməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31