Rusiya beynəlxalq voleybola qayıdır - bütün məhdudiyyətlər ləğv edilib
21:32 DünyaBeynəlxalq Voleybol Federasiyası (FIVB) Rusiya milli komandalarına tətbiq olunan bütün məhdudiyyətlərin ləğv edilməsi barədə qərar qəbul edib.
Qərarla bağlı məlumat təşkilatın rəsmi saytında dərc olunub.
Bəyanatda bildirilir ki, FIVB rəhbərliyinin əvvəllər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin tövsiyələrinə əməl etmək barədə qəbul etdiyi qərara, həmçinin BOK-un son qərarına uyğun olaraq, bütün voleybol növlərində rusiyalı idmançılar və texniki mütəxəssislər FIVB-nin yarışlarına qayıda biləcəklər.
Həmçinin qeyd olunur ki, Rusiya milli komandaları yarışlardan kənarlaşdırıldıqları vaxt malik olduqları reytinq xalları ilə dünya reytinqinə qaytarılacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31