İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb

İsrail ordusu Fələstinin "İslami Cihad" qruplaşmasının silah istehsal şöbəsinin komandiri Rəşid əl-Qadini zərərsizləşdirib.

Olaylar xəbər verir ki, İsrail Müdafiə Qüvvələri "İslami Cihad" təşkilatının istehsalat bölməsinin komandiri Rəşid əl-Qadini öldürdüyünü açıqlayıb.

Bəyanatda bildirilib ki, zərərsizləşdirilən şəxs terror təşkilatının hərbi qanadının istifadəsi üçün bütün növ silahların istehsalı və təchizatına cavabdeh olan bölmənin fəaliyyətində, o cümlədən çoxsaylı istehsal proseslərində əsas rol oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31