ABŞ İranın liman şəhərlərinə hücumlar edir - ölən və yaralılar var

İranın Hörmüz boğazı sahilində yerləşən Bəndər Abbas liman şəhərində güclü partlayış səsləri eşidilir.

Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

Partlayışların ABŞ-nin İrana etdiyi hava hücumları ilə əlaqədar olduğu bildirilir.

Eyni zamanda agentliyin yerli hakimiyyət orqanlarının nümayəndəsinə istinadən verdiyi məlumata əsasən, ABŞ Silahlı Qüvvələrinin İranın cənubundakı Sirik şəhərinin limanına endirdiyi zərbələr nəticəsində azı üç nəfər həlak olub.

Məlumata görə, daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan əvvəl İran KİV-i Akkala, Bəndər-Abbas, Cask, İsfahan, Sirik və Çabahar liman şəhərlərində, həmçinin Əbu Musa adasında və Buşehr əyalətinin bəzi rayonlarında partlayışların baş verdiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31