Tramp Ankarada elə bir açıqlama verdi ki...
18:35 DünyaAnkarada səfərdə olan ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə münasibətləri yüksək qiymətləndirərək, hazırda bu əlaqələrin yəqin ki, heç vaxt olmadığı qədər yaxşı səviyyədə olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, Türkiyənin ABŞ-a bir çox ənənəvi müttəfiqlərindən daha çox kömək göstərdiyini açıq şəkildə qeyd edib.
Hərbi sahədəki əməkdaşlığa toxunan Tramp bildirib ki, Türkiyə ABŞ-dan təyyarələr aldığı üçün mühərriklərinə texniki xidmət göstərməyin ABŞ-ın öhdəliyi olduğunu hesab edir. Türkiyəni "əla müttəfiq" adlandıran ABŞ Prezidenti onun İrandakı münaqişədə qarşı tərəfdə yer ala biləcəyini, lakin güclü ölkə olmasına baxmayaraq bunu etmədiyini vurğulayıb və bu məsələdə öz rolunun da mümkün olduğunu qeyd edib. Bundan əlavə, Donald Tramp Prezident Ərdoğanın İranın nüvə silahına sahib olmasını istəmədiyinə əmin olduğunu ifadə edib.