Belçika MN: "Avropanın hələ 10 il ABŞ-nin müdafiəsinə ehtiyacı var, Trampı qəzəbləndirməyək" – ÖZƏL
13:06 DünyaOlaylar.az xəbər verir ki, Belçikanın müdafiə naziri Teo Franken "Politico" qəzetinə müsahibəsində bildirib ki, Avropa İttifaqı ABŞ-nin daimi köməyi olmadan özünü müdafiə etmək gücündə deyil və hərbi potensialını lazımi səviyyəyə qaldırmaq üçün qitəyə hələ 5-10 il vaxt lazımdır. Avropa liderlərini ABŞ Prezidenti Donald Trampı özlərindən uzaqlaşdırmamaq üçün diplomatik davranmağa çağıran nazir, hazırkı məqamda Ağ Evi qəzəbləndirməməyin və onun tələblərinə qulaq asmağın vacibliyini vurğulayıb. Franken, həmçinin Aİ ölkələrini silah tədarükündə yalnız yerli şirkətlərə üstünlük verməkdən çəkinməyə çağıraraq, bunu proteksionist addım adlandırıb.
Qeyd edək ki, Tramp son vaxtlar Avropa müttəfiqlərini İranla müharibədə iştirakdan imtina etdiklərinə görə kəskin tənqid edərək onları qorxaqlıqda günahlandırıb və NATO-yu "kağız pələng" adlandırıb.