Moskva Baltik ölkələrinə xəbərdarlıq etdi: "Odla oynayırsınız" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Baltikyanı ölkələrin öz ərazilərindən Rusiyaya qarşı düşmənçilik məqsədilə istifadəsinə icazə verməklə "odla oynadıqlarını" bəyan edib. 

RİA Novosti-nin məlumatına görə, diplomat NATO və Aİ nizam-intizamına tabe olan bu dövlətlərin Ukrayna münaqişəsi kontekstində atdıqları addımların fəsadlarından xəbərdar olduqlarını vurğulayıb. Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın arxa cəbhə bölgələrinə yeni terror zərbələri endirməyə hazırlaşdığı və uçuş vaxtını qısaltmaq üçün pilotsuz uçuş aparatlarını məhz Baltik ölkələrindən qaldırmağı planlaşdırdığı barədə məlumat yayıb. 

XKX rəsmi Riqaya xatırladıb ki, Latviya ərazisindəki qərar qəbulu mərkəzlərinin koordinatları Moskvaya yaxşı məlumdur və ölkənin NATO üzvlüyü terror tərəfdaşlarını cavab addımlarından qoruya bilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31