İrəvan Moskva ilə iqtisadi balans tapmağa çalışır – ÖZƏL
12:33 DünyaOlaylar.az xəbər verir ki, "İzvestiya" qəzeti bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Yekaterinburqda keçirilən "İnnoprom" beynəlxalq sərgisinə səfəri İrəvanın son dövrlər Moskva ilə yaşanan gərginliyi azaltmaq və münasibətləri qorumaq istəyinə işarə edir. Sərgidə siyasi mövzulardan qaçaraq diqqəti sırf iqtisadiyyata yönəldən Paşinyan, Rusiya Baş naziri Mixail Mişustinlə görüşündə ikitərəfli əlaqələrdə bəzi problemlərin olduğunu etiraf edib və onların həllinə ümidvarlığını bildirib. Ermənistanın KTMT-dəki fəaliyyətini dondurması və Qərblə yaxınlaşması fonunda Rusiyanın bəzi erməni mallarına məhdudiyyətlər tətbiq etməsi münasibətləri çətinləşdirsə də, ekspertlər İrəvanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) imtina edə bilməyəcəyini vurğulayırlar. Çünki 2024-cü ildə Ermənistanın Aİİ ilə ticarət dövriyyəsi 12,7 milyard dollar təşkil etdiyi halda, Avropa İttifaqı ilə bu rəqəm cəmi 2,3 milyard dollar olub.
Səfər Ermənistanın Aİ ilə tərəfdaşlıq kursundan imtinası demək olmasa da, ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən Rusiya bazarı və enerji resursları birmənalı olaraq İrəvanı xarici siyasətdə balans saxlamağa məcbur edir.