Levan Maxaşvili: "ABŞ konqresmeninin qərəzli qətnamə layihəsi ATƏT-ə olan etimada zərbə vurur" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili ATƏT Parlament Assambleyasında çıxışı zamanı ABŞ konqresmeni Co Vilsonun təqdim etdiyi qətnamə layihəsini kəskin tənqid edərək, sənədin tamamilə rədd edilməli olduğunu bildirib. 

Maxaşvili qeyd edib ki, Gürcüstandakı parlament seçkiləri ilə bağlı əsassız ittihamları təkrarlayan bu sənəd təşkilatın daxili işlərə qarışmamaq prinsiplərinə ziddir və ATƏT-in nüfuzuna zərər verir. ABŞ-də daha sərt "FARA" (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun qüvvədə olduğu bir vaxtda amerikalı konqresmenin Gürcüstanın şəffaflıq qanununu tənqid etməsini "ironiya" adlandıran komitə sədri, maraqlı bir faktı da açıqlayıb: Gürcüstanın keçmiş hakim Vahid Milli Hərəkat partiyasının lobbiçilik müqaviləsi bağladığı "Nelson Mullins" şirkəti ilə layihə müəllifi Co Vilson arasında birbaşa əlaqələr mövcuddur. 

Sənədin fundamental qüsurlarla dolu olduğunu vurğulayan Maxaşvili, ATƏT platformasından siyasi alət kimi istifadə olunmasının dialoq mühitini sarsıtdığını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31