İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
22:09 Dünyaİsrail Müdafiə Qüvvələri (İMQ) Fələstinin HƏMAS hərəkaının təlim bölüyünün komandirini öldürmək üçün Qəzza zolağının şimalına zərbə endirib.
Olaylar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: "Ordu Qəzza zolağının şimalına zərbə endirərək HƏMAS-ın hərbi qanadının təlimçisi Fadi Fələh Aşur Dağmaşı öldürüb. Fadi Fələh Aşur Dağmaş yaraqlıların təlim proqramlarına nəzarət edirdi. O, Qəzza zolağında İsrail qüvvələrinə qarşı döyüşlərə rəhbərlik edənlərdən biri idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31