Fransada meşə yanğınları - 10 minə yaxın insan təxliyə olunacaq
20:22 DünyaFransanın cənubunda baş verən iri meşə yanğını 4,6 min hektardan çox əraziyə yayılıb.
Bu barədə AFP agentliyi Şərqi Pireneylər departamentinin prefekti Pyer Renyo de la Mota istinadən məlumat yayıb.
Pyer Renyo de la Mot bildirib ki, səfərbər olunmuş yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.
Güclü külək, quru hava və kəskin isti kimi əlverişsiz hava şəraiti fonunda təxminən 700 yanğınsöndürən alovla mübarizə aparır.
Hakimiyyət orqanları Şərqi Pireneylər departamentinin 26 kommunasının sakinlərinin təxliyəsinə başlayıb. Təxliyə tədbirləri təxminən 10 min nəfəri əhatə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31