Qırğızıstanın ABŞ-dakı səfiri: Tramp İlham Əliyevi G20 liderlərinin sammitinə dəvət edib

"ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini Mayamidə keçiriləcək G20 liderlərinin sammitinə dəvət etməsindən qürur duyuruq".

Olaylar.az xəbər verir ki, bunu Qırğızıstanın ABŞ-dakı səfiri Edil Baysalov bildirib:

"Hər üç lider G20 sammitində Trampın şəxsi qonağı olacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, G20 liderlərinin sammitinin bu ilin 14-15 dekabr tarixlərində Mayamidə keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31