Volodin fraksiya liderləri ilə prioritet qanun layihələrini müzakirə edib- ÖZƏL

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin fraksiya liderləri ilə görüşdə cari gündəlikdəki məsələləri və prioritet qanun layihələrini müzakirə edib. Olaylar.az xəbər verir ki, bu barədə parlament palatasının saytında məlumat verilib . "Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dövlət Dumasının siyasi fraksiyalarının liderləri ilə görüş keçirib. Müzakirə cari gündəlikdəki məsələlər və cari plenar həftədə baxılması planlaşdırılan prioritet qanun layihələri ətrafında aparılıb", - deyə bəyanatda bildirilir.
Prioritet təşəbbüslərə xüsusi hərbi əməliyyat iştirakçılarını və onların ailələrini dəstəkləməyə, miqrasiya sahəsində qayda-qanunun daha da bərqərar olmasına yönəlmiş təşəbbüslər daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31