İrakli Çeişvili: "Sərt qətnamələr əhəmiyyətsiz kağız parçası olaraq qalacaq" – ÖZƏL
13:43 DünyaOlaylar.az xəbər verir ki, "Gürcü arzusu" partiyasından olan deputat İrakli Çeişvili BMT-nin qətnaməsini şərh edərək bildirib ki, hakim partiyanın öz siyasi kursundan geri addım atmaq niyyəti yoxdur və bu cür təzyiqlərə qarşı onlarda artıq immunitet formalaşıb.
Deputat Gürcüstanın ATƏT-dəki parlament nümayəndə heyətinin ölkənin siyasi xəttini, eləcə də işğal mövzusunu bütün platformalarda fəal müdafiə etdiyini vurğulayıb. Çeişvilinin sözlərinə görə, "şəffaflıq haqqında", "ailə dəyərləri haqqında" və "qrantlar haqqında" qanunlar ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. O, indiyə qədər qəbul edilmiş bir çox sərt beynəlxalq qətnamələrin əhəmiyyətsiz bir kağız parçası olaraq qaldığını və hakimiyyətin öz prinsipial mövqeyindən heç bir halda geri çəkilməyəcəyini bəyan edib.