Suren Surenyants: "Ermənistanda total diktatura rejimidir, kütləvi həbslər gözlənilir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Demokratik Alternativ" partiyasının sədri, politoloq Suren Surenyants jurnalistlərə açıqlamasında "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyana qarşı cinayət təqibi və mülklərində aparılan axtarışların heç bir hüquqi əsasının olmadığını, ölkənin total diktatura rejiminə keçdiyini bildirib. O qeyd edib ki, Konstitusiya Məhkəməsinin seçki qərarından sonra legitimliyini itirən hakimiyyət, süni gərginlik və "düşmən obrazı" yaratmağa çalışır. 

Surenyantsın fikrincə, Baş nazir Nikol Paşinyanın seçkiöncləsi hədələdiyi üç müxalif liderin (Qaqik Sarukyan, Robert Koçaryan və Samvel Karapetyan) həbsi planı icra olunur və ölkəni daha pis ssenari - kütləvi həbslər dalğası gözləyir. Politoloq hakimiyyətin konkret geosiyasi mərkəzin himayəsi altında ən çoxu bir il yarım tab gətirə biləcəyini vurğulayıb. 

Xatırladaq ki, İstintaq Komitəsi Sarukyanın mülklərindəki əməliyyatların çirkli pulların yuyulması işi üzrə aparıldığını, Paşinyan isə onun xalmdan oğurlanmış 300 milyon dollarlıq əmlakının dövlətə qaytarılmalı olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31