Qırğızıstan Rusiya ilə yeni layihələr həyata keçirməyi hədəflədiyini bildirib- ÖZƏL
12:31 DünyaQırğızıstan Rusiya ilə yeni birgə layihələrin həyata keçirilməsinə başlamağı və rusiyalı tərəfdaşları ilə əməkdaşlığı daha da gücləndirməyi gözləyir. Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev Yekaterinburqda Rusiya Baş naziri Mixail Mişustin ilə görüşündə bildirib.
"Qırğızıstan tərəfi əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinə, yeni birgə layihələrin başlanmasına və qarşılıqlı maraq doğuran bütün sahələrdə Rusiya Federasiyası ilə əməkdaşlığın daha da gücləndirilməsinə sadiqdir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31