Britaniya Norveç səmasında iki Rusiya Tu-142 təyyarəsini müşayiət edib- ÖZƏL

Böyük Britaniya iyulun 2-də Norveçin qərb səmasında uçuş həyata keçirən iki Rusiya Tu-142 hərbi təyyarəsini müşayiət etmək üçün F-35 qırıcılarını havaya qaldırıb. Olaylar.az xəbər verir ki, Avropanın Politico nəşrinin Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, Rusiya təyyarələri Norveç dənizində fəaliyyət göstərən Britaniyanın aviadaşıyıcı zərbə qrupuna bir neçə dəfə yaxınlaşıb. Bildirilir ki, bundan sonra Britaniyanın F-35 qırıcıları Tu-142 təyyarələrini müşayiət edib.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi daha əvvəl bəyan edib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları beynəlxalq hava məkanından istifadə qaydalarına tam uyğun şəkildə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31