NATO-nun Rusiya ilə həmsərhəd ölkələri müdafiəsini gücləndirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Politico" qəzetinin yaydığı məlumata görə, NATO-nun Rusiya və Belarusla həmsərhəd olan üzvləri mümkün hərbi münaqişəyə qarşı müdafiə qabiliyyətlərini artırırlar. Nəşr ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı münaqişədə Vaşinqtonu dəstəkləməyən avropalı müttəfiqlərinə qəzəblənərək, İranla müharibə bitdikdən sonra alyansdan çıxmaqla hədələdiyini də xatırladıb. Mövcud vəziyyətdə Finlandiya müdafiə xərclərini ÜDM-in 3%-nə çatdırıb, yaxın aylarda ABŞ-dən "F-35" qırıcıları gözləyir, lakin pilotsuz texnologiyaların mənimsənilməsində hələ də geri qalır. Polşa isə Kalininqrad və Belarus sərhədlərində beton çəpərlər, sensorlar, dronlar və ordunun sürətli genişləndirilməsinə milyardlar xərcləyir, hərçənd bəzi sahələrdə tikinti işlərində ləngimələr və qeyri-ardıcıllıq müşahidə olunur. Eyni zamanda, Litva, Latviya və Estoniya "Baltik Müdafiə Xətti" çərçivəsində tank əleyhinə xəndəklər, mina sahələri və bunkrlər quraraq müdafiələrini müştərək şəkildə möhkəmləndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31