Ermənistan müxalifəti deputat mandatlarını qəbul etmək qərarına gəlib – ÖZƏL
10:30 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın müxalif "Ermənistan" və "Güclü Ermənistan" blokları parlamentdəki deputat mandatlarını qəbul etmək barədə qərar qəbul ediblər.
"Ermənistan" blokunun yaydığı bəyanatda bildirilir ki, mandatlar mövcud hakimiyyətə qarşı müqavimət göstərmək üçün əlavə bir vasitədir. Müxalifət qarşıdan gələn çətin mübarizədə hakimiyyətin dövlətçilik əleyhinə olan proqramlarına mane olmaq üçün bütün imkanlardan istifadə etməyə borclu olduğunu vurğulayıb. Bəyanatda həmçinin qeyd olunub ki, mandat bir mübarizə silahıdır və ondan könüllü imtina etmək həm dövlətə, həm də seçicilərə qarşı məsuliyyətsizlik olardı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31