Pakistanın Baş naziri: Prezident Ərdoğan cəsarətli liderlik nümayiş etdirir

Prezident Ərdoğan Türkiyənin nüfuzunu gücləndirib, özünəinamını artırıb və müstəqil səsini gücləndirib. Hazırda Türkiyə qlobal miqyasda ən nüfuzlu ölkələrdən birinə çevrilib.

Olaylar xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

Onun sözlərinə görə, Türkiyə Pakistanın bölgədəki sülh səylərini qətiyyətlə dəstəkləyir: "Bu səylər İslamabadda sazişlərin imzalanmasına səbəb olub. İstər müharibə, istər zəlzələ, istərsə də daşqın kimi təbii fəlakətlərlə qarşılaşdığımız zaman türk xalqı həmişə bizim yanımızda olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31