Yaponiyada neft böhranı hələ də başa çatmayıb: Yen 40 ilin minimumuna enib- ÖZƏL
16:59 DünyaABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı memorandumun imzalanmasından sonra Hörmüz boğazı vasitəsilə gəmiçiliyin fəaliyyəti tədricən bərpa olunur. Olaylar.az xəbər verir ki, alternativ tədarük mənbələri hesabına Tokio iyul ayında ölkənin neft tələbatını tam şəkildə təmin edə bilib.
Bununla belə, idxal olunan enerji resurslarından demək olar ki, tam asılı olan ada dövləti Yaponiya üçün neft böhranı hələ də başa çatmış hesab edilmir.
Eyni zamanda, iyulun əvvəlində keçirilən valyuta hərraclarında Yaponiya yeninin məzənnəsi kəskin ucuzlaşaraq bir ABŞ dolları qarşısında 162,37 səviyyəsinə düşüb. Bu göstərici son 40 ilin ən aşağı səviyyəsi kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31