Moldovanın Baş naziri istefa verib

Moldovanın Baş naziri Aleksandr Muntyanu prinsiplərinə və əqidəsinə uyğun fəaliyyət göstərə bilmədiyini əsas gətirərək istefa verdiyini açıqlayıb.

O bu barədə özünün "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün Baş nazir kimi səlahiyyətlərimi başa vururam. Baş nazir olmaq təklifini böyük məsuliyyət hissi və ölkədə müsbət dəyişikliklərə töhfə verə biləcəyimə dair qəti inamla qəbul etmişdim. Lakin mandatımı artıq sadiq qaldığım prinsiplərə və əqidəmə uyğun şəkildə icra edə bilməyəcəyimi anladığım anda getməyə qərar verdim", - deyə Muntyanu paylaşımda bildirib.

Qeyd edək ki, Moldovada qaz və elektrik enerjisinin yüksək qiymətləri fonunda iqtisadi böhran yaşanır. Mövcud vəziyyət vaxtaşırı etiraz aksiyalarına səbəb olur. Müxalifət yaranmış böhrana görə məsuliyyəti Rusiya ilə qarşıdurma siyasəti yürüdən qərbyönlü hökumətin üzərinə qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31