Geqeliya: "Gürcüstan hakimiyyətinin siyasəti xəstə təfəkkürün təzahürüdür" – ÖZƏL
12:56 DünyaOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Qriqol Geqeliya ölkə rəhbərliyinin xarici siyasətini kəskin tənqid edərək, bunu siyasi uzaqgörməzlik və "şizofreniya" adlandırıb.
O bildirib ki, prezidentin Tehrandakı matəm mərasiminə qatıldığı bir vaxtda, baş nazirin ABŞ ilə münasibətləri yenidən qurmaqdan danışması dərin ziddiyyətin göstəricisidir. Geqeliyanın sözlərinə görə, mövcud rejim bir tərəfdən Vaşinqtonla əlaqələri düzəltməyə çalışır, digər tərəfdən isə normal hakimiyyətə yaraşmayan addımlar atır. Müxalif siyasətçi bu qeyri-ardıcıllığı avtokratik və rusiyayönümlü rejimlərə xas olan xüsusiyyət kimi qiymətləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31