Kaxa Kaladze: "Milli Hərəkat"da hər şeyə bir nəfər qərar verir – ÖZƏL
11:45 DünyaOlaylar.az xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Tina Bokuçavanın bəyanatını şərh edərək bildirib ki, bu siyasi təşkilatın daxilində hansı proseslərin baş verməsi onun üçün heç bir əhəmiyyət kəsb etmir. Kaladze müxalifətçiləri ölkənin və gürcü xalqının maraqlarından tamamilə uzaq olan "agentura şəbəkəsi" adlandırıb və onların xaricdən gələn konkret tapşırıqları yerinə yetirdiklərini iddia edib.
Paytaxt merinin sözlərinə görə, partiyadakı təyinatların və seçimlərin necə aparıldığı hamıya bəllidir və qurum daxilində bütün qərarları yalnız bir nəfər qəbul edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31