İsrail Qərb Şəriyəsində 8 terror şübhəlisini saxladı- ÖZƏL

İsrail Müdafiə Qüvvələri (İMQ) Qərb Şəriyəsində keçirilən əməliyyat zamanı terror fəaliyyətində şübhəli bilinən səkkiz fələstinlinin saxlanıldığını açıqlayıb.
Olaylar.az xəbər verir ki, məlumata görə, əməliyyat Muxmas kəndi yaxınlığında həyata keçirilib. İMQ saxlanılan şəxslərin İsrail mülki vətəndaşlarına qarşı hücumlar təşkil etməkdə şübhəli olduqlarını bildirib və bölgədə terrora qarşı əməliyyatların davam etdiriləcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31