IPI Gürcüstan hakimiyyətini müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb – ÖZƏL
10:22 DünyaOlaylar.az xəbər verir ki, Beynəlxalq Mətbuat İnstitutu (IPI) Gürcüstan hakimiyyətinə çağırış edərək, hökuməti tənqid edən yayım şirkətlərinə qarşı hüquqi və tənzimləyici təzyiqlərə son qoyulmasını tələb edib. Təşkilatın bəyanatında bildirilir ki, müstəqil televiziya kanallarına qarşı artan bu cür addımlar ölkədə söz azadlığına yönəlmiş növbəti eskalasiyadır.
"Gürcü Arzusu" hökumətinin mediaya qarşı düşmənçilik mühitini gücləndirdiyini qeyd edən IPI, müstəqilliyini itirmiş tənzimləyici qurumların media azadlığını məhdudlaşdırdığını vurğulayıb. Təşkilat hakimiyyəti yayımçılara qarşı ayrı-seçkilik xarakterli və qeyri-mütənasib cərimələrin tətbiqini dayandırmağa, həmçinin ifadə azadlığına və ictimai müzakirə hüququna hörmətlə yanaşmağa çağırıb.