Serial ulduzu adı ilə qadını aldatdı: 40 min dollarını ələ keçirdi
07:00 DünyaRusiyada bir qadın məşhur türk aktyoru adı ilə aldadılaraq 40 min dollar itirib.
Musavat.com xəbər verir ki, Rusiyanın Krasnodar diyarında yaşayan 47 yaşlı qadın özünü məşhur türk serialı "Qapımı döy" ("Sen Çal Kapımı") filminin ulduzu Kərəm Bürsin kimi təqdim edən dələduza 3 milyon rubldan (təxminən 40 min dollar) çox pul köçürüb.
Məlumata görə, dələduz 27 yaşlı Nigeriya vətəndaşı Ayro Çinedu Emmanuel olub. O, bir neçə ay ərzində qadınla yazışaraq ona sevgisini etiraf edib və guya Rusiyaya gəlməsini təşkil etmək üçün pul göndərməsinə razı salıb.
Krasnodar Vilayət Məhkəməsi onu dələduzluqda təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin zərərçəkmişə dəymiş ziyanı tam həcmdə ödəməsinə qərar verib.