Eyfel qülləsi 10 santimetr böyüdü-Fransanın görəcək günləri

Avropadakı rekord istilər Parisin rəmzi olan Eyfel qülləsinin hündürlüyünə təsir edib.

Musavat.com xəbər verir ki, Avropada müşahidə olunan rekord istilər Parisin simvolu olan Eyfel qülləsini 10 santimetr böyüdüb.

Bu, qüllənin tikildiyi qalay örtüklü dəmirin qızdıqda genişlənməsi ilə əlaqədardır. Temperatur -10°C ilə +40°C arasında dəyişdikdə konstruksiya hər 10°C artıma görə təxminən 2 santimetr uzana bilir.

Bundan başqa, gün ərzində qeyri-bərabər qızma səbəbindən Eyfel qülləsi Günəşə doğru cüzi şəkildə əyilir. Əvvəlcə şərq tərəfi, sonra cənub və qərb hissələri genişlənir. Gecə saatlarında isə temperatur aşağı düşdüyündən konstruksiya yenidən əvvəlki vəziyyətinə qayıdır.

Mühəndislər bildiriblər ki, hər iki proses tam təhlükəsizdir və adi gözlə hiss edilmir. 2022-ci ildə quraşdırılmış anten də daxil olmaqla, Eyfel qülləsinin hazırkı hündürlüyü 330 metrdir. Lakin bu göstərici fəsillərdən və temperaturdan asılı olaraq daim dəyişir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31