Şalamberidze: "Region liderlərinin İrandakı dəfn mərasimində birgə iştirakında qeyri-adi heç nə yoxdur" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Kavelaşvili İranda Ayətullah Əli Xameneinin dəfn mərasiminə qatılacaq. Hakim "Gürcü Arzusu" partiyasının deputatı Zviad Şalamberidze məsələyə münasibət bildirərkən region liderlərinin, o cümlədən Cənubi Qafqaz və Türkiyə rəhbərlərinin bu mərasimdə birgə iştirakında qeyri-adi heç nə görmədiyini bəyan edib. 

Deputat İrannın ABŞ tərəfindən də danışıqlar aparılan bir tərəf olduğunu xatırladıb və Gürcüstanın ABŞ-İran münaqişəsi fonunda hər zaman neytral mövqe nümayiş etdirdiyini vurğulayıb. Şalamberidze rəsmi Tbilisinin addımlarında ilk növbədə Gürcüstanın milli maraqlarının əsas götürüldüyünü qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31