ABŞ BMT ölkələrini UNRWA əvəzinə Sülh Şurasını maliyyələşdirməyə çağırdı- ÖZƏL
12:37 DünyaABŞ BMT-yə üzv ölkələri Fələstinli qaçqınlara yardım göstərən BMT-nin Yaxın Şərq Agentliyini (UNRWA) maliyyələşdirməkdən imtina edərək vəsaitləri ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına yönəltməyə çağırıb. Olaylar.az xəbər verir ki, ABŞ-ın BMT-dəki nümayəndəliyinin X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib ki, ölkələr seçim qarşısındadır: "Ya UNRWA-nı dəstəkləməklə təhrikçiliyi, terrorizmi və durğunluğu maliyyələşdirmək, ya da vəsaitləri Sülh Şurasına yönəldərək Qəzza sakinləri üçün sülh və rifah yolunu açmaq. Tarix bunu unutmayacaq".
Bundan əvvəl BMT-nin Baş katibi Antonio Guterres beynəlxalq ictimaiyyəti UNRWA-nın maliyyə çatışmazlığının aradan qaldırılması və qurumun fəaliyyətinin dayanmaması üçün 100 milyon dollar ayırmağa çağırmışdı.