Çin İrana qarşı birtərəfli sanksiyaların ləğvinə çağırır- ÖZƏL
12:01 DünyaÇin İrana qarşı birtərəfli sanksiyaların dərhal ləğvini dəstəkləyir və Tehranla Vaşinqtonun danışıqları davam etdirməsini gözləyir.
Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə bildirib.
Diplomat bildirib ki, "Çin İrana qarşı birtərəfli sanksiyaların mümkün qədər tez bir zamanda ləğv edilməsinin tərəfdarıdır". O, əlavə edib ki, Pekin ABŞ, İran və digər tərəflərin artıq imzalanmış anlaşma memorandumunu birgə həyata keçirəcəyinə və danışıqları davam etdirəcəyinə ümid edir.
Quo Ciakun vurğulayıb ki, bu, İran məsələsinin tez və hərtərəfli həllinə töhfə verməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31