Nika Qvaramiya: “Məqsəd yeni siyasi məhbuslar yaratmaqdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın "Dəyişiklik naminə Koalisiya" birliyinin liderlərindən biri və "sabotaj işi" üzrə təqsirləndirilən Nika Qvaramiya ona qarşı açılan məhkəmə prosesini kəskin tənqid edib. O bildirib ki, irəli sürülən ittihamlar tamamilə absurd və uydurmadır. Qvaramiyanın sözlərinə görə, işin hüquqi tövsifi səhv olmaqla yanaşı, iddia edilən hadisələr ümumiyyətlə baş verməyib, baş versə belə, ortada heç bir cinayət tərkibi yoxdur. 

Siyasətçi bu prosesin arxasında yeni siyasi məhbuslar dalğası yaratmaq məqsədinin dayandığını və gedişatın da buna doğru getdiyini vurğulayıb. Məhkəmə divarları arasında indiyə qədər hər şey gördüyünü deyən Qvaramiya, hazırkı prosesin və hakimin davranışının xüsusi "maraq doğurduğunu" istehza ilə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31