Zaxarova: Qərb "əhliləşdirdiyi qanlı canavarlar"a görə məsuliyyət daşımalıdır- ÖZƏL

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Qərb "əhliləşdirdiyi qanlı canavarlar"a görə məsuliyyət daşımalıdır.
Olaylar.az xəbər verir ki, o, bu fikirləri Monakoda baş vermiş partlayışı şərh edərkən "Sputnik" radiosunun efirində səsləndirib. Zaxarova qeyd edib ki, bir neçə gün əvvəl fransız yazıçısı Antuan de Sent-Ekzüperinin doğum günü olub və bu münasibətlə onun Balaca Şahzadə əsərindəki "Biz əhliləşdirdiklərimizə görə məsuliyyət daşıyırıq" ifadəsini xatırlayıb.
Diplomat bildirib: "Mən buna əlavə edərdim ki, Qərb həm Monakoda, həm də digər yerlərdə əhliləşdirdiyi qanlı canavarlara görə məsuliyyət daşıyır. Qoy, bu məsuliyyəti də özü daşısın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31