Sünikdə 800-dən çox ailə müavinətdən məhrum edilib: “Yoxsulluq yalnız kağız üzərində azalıb” – ÖZƏL
11:06 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın Sünik vilayətində tətbiq edilən yeni sosial müdafiə sistemi 800-dən çox ailənin müavinətsiz qalmasına səbəb olub. Gorusun keçmiş vitse-meri və deputatlığa namizəd İrina Yolyan bildirib ki, hökumət heç bir yeni iş yeri və ya iqtisadi imkan yaratmadan, ailələrin gəlirləri artmadığı halda onları sistemdən çıxarıb və yoxsulluğu yalnız kağız üzərində "azaldıb".
O vurğulayıb ki, müharibədən sonra kənd təsərrüfatı torpaqlarını itirən və turizm sahəsində problemlər yaşayan Gorusda bu addım çoxuşaqlı ailələrin vəziyyətini daha da ağırlaşdıracaq. Qeyd edək ki, iyulun 1-dən Ermənistan miqyasında qüvvəyə minəcək yeni qaydalara əsasən, ailə müavinətləri minimum ərzaq səbəti (34 581 dram) həcmində hər bir ailə üzvünə veriləcək, lakin əmək qabiliyyətli şəxslərin işləməsi məcburi şərt olacaq. Rəsmi qurumlar isə bu sistem sayəsində müavinət alanların sayının iki dəfə azaldığını iddia edir.