Ermənistanda hakim partiya parlamentdəki mühüm vəzifələri bölüşdürür – ÖZƏL
10:35 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasında yeni çağırış parlamentdə mühüm vəzifələrin bölüşdürülməsinə başlanılıb. "Hraparak" qəzetinin məlumatına görə, parlament fraksiyasının rəhbəri postuna partiya aparatının rəhbəri və Baş nazir Nikol Paşinyanın ən etibarlı şəxslərindən sayılan Arusyak Manavaxyan iddia edir. Lakin Paşinyanın bu vəzifədə Ermənistanın ABŞ-dəki keçmiş səfiri Lilit Makuntsu görmək istədiyi də bildirilir. Əvvəlcə spiker postuna namizədliyi nəzərdən keçirilən Makuntsun əvəzinə bu vəzifəyə Ruben Rubinyanın gətiriləcəyi gözlənilir. Hakim komanda bu seçimi xarici faktorla, xüsusən də Rubinyanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə kimi fəaliyyəti ilə əlaqələndirir.
Bundan əlavə, partiya daxilində Andranik Koçaryanın Müdafiə komissiyasının sədri vəzifəsindən uzaqlaşdırılaraq, yerinə müavini Armen Xaçatryanın təyin edilməsi məsələsi də müzakirə olunur.