Mixail Saakaşvili: Müxalifətin böyük hissəsi “Arzuçulara” bənzəməyə başlayıb – ÖZƏL
10:14 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında ölkədəki müxalifətin böyük bir qismini sərt tənqid edib. O bildirib ki, müxalifət düşərgəsi səmimiyyət və şəffaflıqdan uzaqlaşaraq hakim "Gürcü arzusu" partiyasına bənzəməyə başlayıb və ikili standartlardan istifadə edir.
Saakaşvilinin sözlərinə görə, bəzi müxalif qüvvələr artıq "diktator" sözünü belə işlətməkdən qorxurlar və onun susmasını Bidzina İvanişvilidən daha çox istəyirlər. Keçmiş prezident vaxtilə Salome Zurabişviliyə göstərilən heyranlığı və özünün müxalif birliyə mane olmaqda ittiham edilməsini kəskin pisləyib. O, bank oliqarxları və müəyyən siyasi fiqurlarla heç bir sövdələşməyə getməyəcəyini, susmayacağını və həm Gürcüstanda, həm də beynəlxalq müstəvidə mübarizəsini bütün tribunalardan davam etdirəcəyini vurğulayıb.