Kaxa Kaladze Mixail Kavelaşvilinin Xameneinin dəfninə mümkün səfərini normal qarşılayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Ayətullah Əli Xameneinin Tehrandakı dəfn mərasimində mümkün iştirakı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Kaladze prezidentin bu mərasimə qatılmasını istisna etməyib və burada qeyri-adi heç bir şeyin olmadığını, Türkiyə, Azərbaycan, Ermənistan və digər ölkələrin liderlərinin də bu dəfndə iştirak edəcəyini bildirib. Xarici mediada yayılan məlumatlara görə, iyulun 9-da İranda keçiriləcək vida mərasiminə digər regional nümayəndə heyətləri ilə yanaşı Gürcüstan rəsmiləri də dəvət olunub.

Kaladze həmçinin ABŞ ilə əlaqələrə də toxunaraq, rəsmi Tbilisinin münasibətləri yeni səhifədən başlamağa hazır olduğunu vurğulayıb. O, əvvəlki ABŞ administrasiyasının qeyri-ədalətli qərarları ilə əlaqələri korladığını, lakin Prezident Trampın rəhbərlik etdiyi hazırkı administrasiyanın Gürcüstana qarşı bu münasibəti asanlıqla düzəldə biləcəyinə inandığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31