Qadın deputatın evindən çıxan şeylər ŞOK ETDİ - Qızıl alt paltarı...

İraqda hökumətin korrupsiyaya qarşı başladığı genişmiqyaslı əməliyyatlar çərçivəsində deputatlar və yüksəkvəzifəli məmurlar da daxil olmaqla 67 nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, əməliyyat zamanı deputatlardan birinin evində 57 milyon ABŞ dolları nağd pul, 27 kiloqram qızıl və qızıldan hazırlanmış alt paltarı aşkarlanıb.

Məlumata görə, İraqın Baş naziri Əli əl-Zeydinin göstərişi ilə həyata keçirilən əməliyyatlar son illərin ən geniş korrupsiya araşdırmalarından biri hesab olunur. Dövlət qurumlarında aparılan istintaq çərçivəsində çoxsaylı yüksəkvəzifəli şəxslər barəsində tədbirlər görülür və saxlanılanların sayının artdığı bildirilir.

İddialara əsasən, deputat Hind əl-Abbasinin evində aparılan axtarış zamanı 57 milyon ABŞ dolları nağd pul və 27 kiloqram saf qızıl aşkar edilərək götürülüb. Əməliyyat zamanı evdə qızıldan hazırlanmış alt paltarının da tapıldığı qeyd olunur.

İstintaq çərçivəsində saxlanılan 67 nəfər arasında deputatlar və yüksəkvəzifəli bürokratların olduğu bildirilir. Əməliyyatın dövlət vəsaitlərinin mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı aparılan geniş araşdırmanın tərkib hissəsi olduğu vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31