İrakli Kobaxidze: "Qazaxıstanla münasibətlərimiz tamamilə yeni mərhələyə qədəm qoyur" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstana səfəri çərçivəsində jurnalistlərə müsahibəsində bu tarixi gəliş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq sazişinin imzalandığını bəyan edib. Baş nazirin sözlərinə görə, bu mühüm sənəd ikitərəfli əlaqələri tamamilə yeni səviyyəyə qaldıracaq. 

Qazaxıstanın Gürcüstan üçün əsas iqtisadi tərəfdaşlardan biri olduğunu vurğulayan Kobaxidze, Mərkəzi Asiya regionunun və burada ən böyük iqtisadiyyata malik olan Qazaxıstanın xüsusi rolunu qeyd edib. O, həmçinin iki ölkə arasında regional bağlılığın gücləndirilməsi və tranzit funksiyasının daha da inkişaf etdirilməsi istiqamətində ciddi addımların atıldığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31